Rafael Ağayev vəzifəsindən istefa verdi
Dərc olunub:
16-01-2025, 15:27
Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.
Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, o, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.