"Liverpul" "Real" üzərində inamlı qələbə qazanıb
UEFA Çempionlar Liqasında V tura yekun vurulub: Liverpul Real üzərində inamlı qələbə qazanıb
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna bu gün yekun vurulub.
Günün maraqlı qarşılaşmalarından biri İngiltərədə baş tutub.
“Liverpul” doğma meydanda İspaniya təmsilçisi “Real”a iki cavabsız qol vurub. “Yuventus” (İtaliya) səfərdə “Aston Villa” (İngiltərə) ilə sülhə razılaşıb. Almaniya təmsilçisi “Borussiya” (Dortmund) isə Xorvatiyada “Dinamo” üzərində inamlı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
27 noyabr
21:45. "Srvena Zvezda" (Serbiya) - "Ştutqart" (Almaniya) 5:1
21:45. "Şturm" (Avstriya) - "Jirona" (İspaniya) 1:0
00:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) 2:0
00:00. PSV (Niderland) - "Şaxtyor" (Donetsk, Ukrayna) 3:2
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Borussiya" (Dortmund, Almaniya) 0:3
00:00. "Seltik" (Şotlandiya) - "Brügge" (Belçika) 1:1
00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya) 2:3
00:00. "Aston Villa" (İngiltərə) - "Yuventus" (İtaliya) 1:0
00:00. "Bolonya" (İtaliya) - "Lill" (Fransa) 1:2
Qeyd edək ki, UEFA Çempionlar Liqasında VI tura dekabrın 10-da start veriləcək.