"Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm"
Dərc olunub:
Dünən, 01:55
Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm.
Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis böyükhesablı məğlubiyyəti şərh edib:
"İndiyə qədər olan oyunlarda doğru yolda olduğumuzu deyirdim. Amma bu günkü görüş barədə bunu deyə bilmərəm. Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm. Komandanın taktiki sxemini mən düzəldirəm və futbolçuları heyətə cəlb edən mənəm.
Qeyd edək ki, "Stroberri Arena"da baş tutan C Liqasının son matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesbaı ilə uduzub.