Bu gün millimiz Estoniya ilə qarşılaşacaq
Dərc olunub:
16-11-2024, 09:10
Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Avrasiya.net xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək.
Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estoniya isə 3 xalla üçüncüdür.
Bu yığmalar arasındakı ilk oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr
18:00. Azərbaycan - Estoniya
Baş hakim: Con Biton (Şotlandiya)
Qəbələ şəhər stadionu