“Qarabağ” “Tottenhem”ə məğlub oldu
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Avrasiya.net xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
***
"Tottenhem"-"Qarabağ" qarşılaşması start götürdü.
***
Drequşin 8-ci dəqiqədə Juninyoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoydu.
***
12-ci dəqiqədə Conson meydan sahiblərini hesabda önə çıxardı: 1-0.
***
53-cü dəqiqədə "Tottenhem" Sarrın qolu ilə fərqi artırdı: 2-0.
***
57-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.
***
Solanke 68-ci dəqiqədə fərqi daha da artırdı: 3-0.
***
"Qarabağ" "Tottenhem"ə 3-0 hesabı ilə məğlub oldu.