Azərbaycan Qran-prisində növbəti qəza
Dərc olunub:
13-09-2024, 15:17
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Avrasiya.net xəbər verir ki, "Uilyams" pilotu Franko Kolapinto uğursuzluqla üzləşib.
Onun idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb və nəticədə qırmızı bayraq qaldırılıb.
Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, sərbəst yürüşdə 10 komanda mübarizə aparır.