Paris 2024 Olimpiya Oyunlarının maskotu Anadoluya xas Frigiya papağından ilhamlananaraq hazırlanıb – FOTOLAR
Anadolunun qüdrətli Dəmir Dövrü krallığı olan Frigiyalıların Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarının maskotlarına ilham verdiyini bilirdinizmi?
Beynəlxalq Olimpiya Komitəsinin bildirdiyinə görə, Olimpiya və Paralimpiya maskotu bir vaxtlar frigiyalıların geyindiyi papaqlara bənzər şəkildə hazırlanıb və Fransa bayrağının rəngləri olan mavi, ağ və qırmızı rənglərlə bəzədilib. Qədim Anadolu krallığının, Frigiyanın mədəni irsini əks etdirən maskotlar, eyni zamanda cizgi filmi “Şirinlər”in papaqlarını xatırladır və azadlıq rəmzini əks etdirir.
Frigiyalıların Balkanlardan qərb-mərkəzi Anadolu torpaqlarında, indiki Türkiyənin Ankara, Afyonkarahisar, Əskişəhər və Kütahya vilayətlərini əhatə edən geniş bir bölgəyə köç etdiyi güman edilir. Eramızdan əvvəl 12-ci əsrdə Hetit İmperatorluğunun dağılması ilə yüksələn bu qədim xalq paytaxtlarını 2023-cü ildə Türkiyənin 20-ci YUNESKO-nun Dünya İrsi siyahısına daxil olan Qordionda tikdilər. Frigiyanın siyasi və mədəni paytaxtı kimi tanınan Qordion bir çox qədim tarixçilərin danışdığı Qordi düyünü rəvayəti ilə bağlıdır. Rəvayətə görə, düyünü yalnız Asiyanın gələcək fatehinin açacağına inanırdılar. Həmçinin, şəhər bir vaxtlar mifologiyada “eşşək qulaqları” və “qızıl toxunuşu” ilə lənətlənmiş Kral Midasın hakimiyyəti altında olub.
Olimpiya maskotuna ilham verən Frigiya papağına ilk dəfə Qordionda süvarilərin oyma təsvirində rast gəlinib. Həmçinin, Kral Midas tez-tez Frigiya papağı taxmış kimi təsvir edilirdi, bir əfsanəyə görə isə o, hətta uzun qulaqlarını örtmək üçün geyinirdi.
Azadlıq simvolu
Mənşəyi minlərlə il əvvələ gedən Frigiya papağı və ya “azadlıq papağı” Roma həyatı və hətta Fransa İnqilabı kimi dövrlərdə də bir çox görünüşlər qazanmış və daha dərin bir əhəmiyyət kəsb etmişdir. Qədim Romada əsarət altına alınan insanlar azad edildikdən sonra Frigiya papağına bənzər papaq olan pileus taxırdılar. Zamanla pileus və Frigiya papağının eyni olduğu güman edilir və azadlığı simvolizə edən təsirli ikona çevrilir. XVIII əsr fransız inqilabçıları da bu papaqları azadlıq simvolu kimi taxırdılar. Fransız İnqilabından sonra Frigiya papağı incəsənətdə, rəsmlərdə və heykəllərdə əks etdirilirdi. Papağın tarix boyu fransızlar üçün məşhur simvolu olaraq qalması onu builki Olimpiya Oyunlarının maskotuna çevirdi.
Frigiyalıların izi ilə, Olimpiya Friglərinin ilham pərisi
Frigiyalıların Anadoludakı tarixi vətəni bu gün “Frigiya Vadisi” adlandırılır. Vadi Frigiya qaya abidələrinin möhtəşəm nümunələri ilə dünya miqyasında unikal bir mənzərədir. Ərazi frigiyalıların dini ayinlərinin və sosial həyatının izlərini saxladığı üçün universal əhəmiyyət kəsb edir. Buna uyğun olaraq Kütahya, Afyonkarahisar, Ankara və Əskişəhəri əhatə edən Dağlı Frigiya Bölgəsi 2015-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır. Bu bənzərsiz mənzərəni gəzinti və velosiped yolları ilə araşdırmaq mümkündür.
Türkiyənin 3-cü ən uzun yürüyüş yolu 500 kilometrdən çox Frigya yolu ilə Frigiyalıların izlərini təqib edə bilərsiniz. Frig yoluna başlamaq üçün üç alternativ bölgə Ankarada Qordion, Afyonkarahisarda Seydiler və Kütahyada Yenice Farmdır. Bu nöqtələrdən başlayan və Frigiya Vadiləri boyunca davam edən cığırlarda, üçüncü ən böyük kurqan Kral Midasın məzarı və içindəki ən qədim kurqan olan məzar otağı kimi Frigiya dövrünə aid Qordionun sehrli tikililəri görməyə dəyər. Ankarada Anadolunun hər yerindən, xüsusən də Qordion, Hattuşa və Çatalhöyük kimi əhəmiyyətli yerlərdən olan əsərlərin nümayiş olunduğu Anadolu Sivilizasiyaları Muzeyini də ziyarət etməlisiniz. Muzeyə baş çəkmədən və bu mədəniyyəti öyrənmədən Qordionu və Frigiyanı tam qiymətləndirmək olmaz.
Frigiya yolunun digər diqqətəlayiq yerləri qaya evləri, məzarları və kilsəsi ilə məşhur olan Ayazini kəndi, qayaya oyulmuş Avdalas qalası və Afyonkarahisardakı Emre gölü və Kütahyanın Aizonai Qədim Şəhəridir. Frigiya yolu Əskişəhərdə əhəmiyyətli Frigya yaşayış məntəqəsi olan Yazılıkayada birləşir. Yazılıkaya ilə yanaşı, ərazinin görkəmli yerləri arasında Əskişəhərdəki möhtəşəm Frigiya qaya fasadları, fövqəladə aslan relyefləri olan Aslan Məbədi və qaya üzərində oyma monumental türbə olan Gerdekkaya da mövcuddur.