Sizin Reklam Burada

"Paris-2024": Üç idmançımız mübarizəyə başlayır

"Paris-2024": Üç idmançımız mübarizəyə başlayırBu gün Azərbaycanın daha üç idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Avrasiya.net xəbər verir ki, onlardan ikisi sərbəst güləşçi, biri isə gimnastdır.

Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar.

Bədii gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində top, halqa, lent və gürzlərlə hərəkətlərdə məharətini nümayiş etdirəcək.

Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər