Daha bir medalı təmin etdik: taekvondoçumuz finalda!
Azərbaycan taekvondoçusu Qaşın Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Avrasiya.net xəbər verir ki, 58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
***
Qaşım Maqomedov növbəti görüşünü keçirib.
58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.
***
Yarımfinalda Qaşım Maqomedovun rəqibi Olimpiya çempionu (2020-ci il) Vito Del-Akvila (İtaliya) olub və 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Maqomedov finalda Tae Conq Parkla (Koreya) qarşılaşacaq. Döyüş saat 23:37-də başlayacaq.