Sizin Reklam Burada

Hidayət Heydərov Olimpiya çempionu oldu

Hidayət Heydərov Olimpiya çempionu olduAzərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Avrasiya.net xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb. Bununla da Azərbaycan Paris olimpiadasında ilk medalı təmin edib.

H.Heydərov qızıl medal uğrunda qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər