Sizin Reklam Burada

Parisdə bu gün 6 idmançımız qüvvəsini sınayacaq

Parisdə bu gün 6 idmançımız qüvvəsini sınayacaqBu gün Azərbaycanın altı idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq.

Avrasiya.net xəbər verir ki, onlardan beşi mübarizəyə yeni qoşulacaq, biri isə ikinci görüşünü keçirəcək.

Badmintonçu Keişa Fatimə Zəhra qadınların fərdi yarışında ikinci sınağına çıxacaq. N qrupunda yer alan idmançı Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşacaq. Zəhra qrupdakı ilk matçında məğlub olub.

Edi Reski Dviçayo isə kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayacaq. Onun ilk rəqibi Avstriya idmançısı Kollins-Valentin Filimon olacaq.

Azərbaycanın əsas medal ümidlərindən biri hesab olunan cüdoçu Hidayət Heydərov da mübarizəyə bu gün start verəcək. 73 kiloqram çəki dərəcəsində dünya reytinqinin lideri olan idmançımız 1/8 finalda Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə görüşəcək.

Azərbaycan qılıncoynadanı Anna Başta qadınların fərdi yarışında mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk görüşündə çinli Yanq Henqyunu sınağa çəkəcək.

Bu gün, həmçinin Azərbaycanın iki boksçusu rinqə çıxacaq. Əvvəlcə ölkəmizin Olimpiya Oyunlarındakı kişi bayraqdarı Məhəmməd Abdullayev (+92 kiloqram) döyüşəcək. Onun rəqibi almaniyalı Nelvi Raman Tiafak olacaq. Axşam seansında isə Malik Həsənov (63,5 kiloqram) gürcüstanlı Laşa Quruli ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki boksçumuz mübarizəyə 1/8 finaldan start verəcək.

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər