Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk olimpiya idman oyunlarına ev sahibliyi edəcək
Avrasiya.net Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberİdman Olimpiya Oyunlarına ev sahibliyi edəcək.
Təklif BOK-un 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları başlamazdan əvvəl sessiyasına təqdim olunacaq. Qərar BOK ilə Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi (MOK) arasında 12 il müddətinə nəzərdə tutulmuş əməkdaşlıq çərçivəsində qəbul edilib. Olimpiya idman oyunları müntəzəm olaraq keçiriləcək.
BOK-un sessiyasından sonra olimpiya kiberdman oyunlarının keçiriləcəyi şəhərin və məkanın seçilməsi, yarışların konkret tarixləri, proqrama daxil ediləcək fənlər, oyunçuların seçmə mərhələsi və digər detallar üzərində işlərə başlanacaq.
BOK qeyd edib ki, artıq kiberidman versiyası ilə məşğul olan beynəlxalq federasiyalar BOK-un ilk tərəfdaşları olacaq. Təşkilat həmçinin öz fəaliyyətlərinə esporu daxil edən milli olimpiya komitələri ilə əməkdaşlıq etməyə ümid edir.
2023-cü il sentyabrın əvvəlində BOK kiberidman komissiyasının yaradıldığını elan edib. Bəyanatda qeyd olunub ki, BOK yeni auditoriyaları cəlb etmək üçün esporda inanılmaz potensial görür. Oktyabr ayında təşkilatın prezidenti Tomas Bax Hindistanın Mumbay şəhərində keçirilən 141-ci sessiyasında olimpiya kiberidman oyunlarını yaratmaq planlarını açıqlayıb və iyun ayında BOK İcraiyyə Komitəsi yeni turnir təsis edib.