Türkiyə və Gürcüstan 1/8 final mərhələsinə yüksəldi
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.
Avrasiya.net xəbər verir ki, görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.
Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Portuqaliya qrupu (6 xal) lider olarq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncüləridən biri kimi növbəti mərhələyə adlayıb.
Türkiyə 1/8 finalda Avstriya yığması ilə qarşılaşacaq. Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə, Danimarka,Rumıniya, Belçika və Slovakiya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.