Sizin Reklam Burada

AVRO-2024: Daha 2 qrupda mübarizəyə yekun vurulacaq

AVRO-2024: Daha 2 qrupda mübarizəyə yekun vurulacaqAlmaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün daha 4 oyun keçiriləcək.

Avrasiya.net xəbər verir ki, C və D qruplarında da mübarizəyə yekun vurulacaq.

Günün ilk matçları D qrupunda olacaq. Fransa millisi Polşanı, Niderland yığması isə Avstriyanı sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qrupda Polşa seçməsindən başqa, digər 3 komandanın hər birinin 1/8 finala yüksəlmək şansı var.

C qrupunda isə İngiltərə Sloveniya ilə, Serbiya isə Danimarka ilə qarşılaşacaq. Matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qrupda hər bir yığmanın pley-off şansı davam edir.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl Almaniya, İsveçrə, İspaniya və İtaliya seçmələri 1/8 finala vəsiqəni təmin ediblər

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər