Sizin Reklam Burada

Xorvatiyaya son dəqiqədə şok, İtaliya 1/8 finalda!

Xorvatiyaya son dəqiqədə şok, İtaliya 1/8 finalda!Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Avrasiya.net xəbər verir ki, bu gün B qrupunda mübarizəyə yekun vurulacaq.

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

***

Xorvatiya - İtaliya qarşılaşması start götürdü.

***

Modriç 54-cü dəqiqədə penaltini qaçırsa da, bir dəqiqə sonra komandasını hesabda önə keçirdi: 1-0.

***

Xorvatiya millisi matçın əsas vaxtına əlavə edilmiş 8-ci dəqiqədə qapısında top gördü: 1-1. Bu nəticə ilə xorvatlar qrupda 2 xalla üçüncü olsa da, ən yaxşı qrup üçüncüləri sırasına daxil ola bilmədi və yarışla vidalaşdı. İtaliya isə ikinci yerin sahibi kimi 1/8 finala yüksəldi.

Qrupun digər matçında isə İspaniya Albaniyanı 1-0 məğlub etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər