Sizin Reklam Burada

Silahlı Qüvvələr gününə həsr olunan Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirilib

Silahlı Qüvvələr gününə həsr olunan Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirilibBu gün Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə 200-dən çox idmançının yer aldığı Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş Açıq Bakı Turniri keçirilib.

Azərbaycan Respublikasının və Braziliya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsilə start götürən turnirdə İctimai Birliyin prezidenti Aqil Acalov açılış nitqilə qonaqları salamlayıb. O, çıxışında günün önəmi ilə bağlı qısa məlumat verməklə yanaşı, fəaliyyətləri boyu əsas qayələrinin vətənpərvərliyin təbliği olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təsisçisi, Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov söz alaraq qonaqları salamlayıb və bütün iştirakçılara uğurlar arzulayıb.

İctimai Birliyin sədri Fuad Kərimov isə nitqi zamanı bu idman növünün perspektivlərindən danışıb. Sonda Kərimov sözü Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegroya verib.

Səfir çıxışında bu idman növünün Azərbaycan və Braziliya arasında ortaq dəyərlərin formalaşdırmasındakı rolunu önəmli sataraq ölkələrarası münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə idmançıların yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunub.







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər