Sizin Reklam Burada

İdman klubu gələcək fəaliyyət planlarını müzakirə edib

İdman klubu gələcək fəaliyyət planlarını müzakirə edibBu gün Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə konfrans keçirilib.

Konfransın məqsədi Braziliya Ciu-Citsu idman növü üzrə klub və filialların məşqçilərini bir araya gətirərək gələcək fəaliyyət planları, növbəti yarışların təşkili və təfərrüatların müzakirəsi olub.

Konfransa Braziliya Ciu-Citsu idman növü üzrə bütün aidiyyatı şəxslər dəvət olunaraq ictimai birliyin nəzdindəki fəaliyyətləri çərçivəsində təklifləri və ideyaları dinlənilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi Beynəlxalq İdman Braziliya Ciu-citsu Assosiasiyasının Azərbaycanda yeganə və rəsmi nümayəndəsidir.

Konfransı çıxış sözü ilə açan Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi Taleh Həsənov birliyin qurulmasının bu idman növünün inkişafına böyük töfhələr verəcəyini bildirmiş, birliyin yaradılma məqsədi və gələcəyə dair planlar barədə məlumat verib.

Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov öz çıxışında bu mötəbər gün münasibətilə bütün Braziliya Ciu-Citsu cameəsini təbrik etmiş, bugünə qədər pərakəndə şəkildə fəaliyyət göstərən klub və filialların birliyindən məmnunluğunu bildirib.

Konfrans zamanı yeni idarə heyəti üzvlərinin təyinatı elan edilib. Beləki tanınmış Ciu-Citsu ustası Azər Beydullayev İctimai Birliyin sədr müavini, qara kəmər sahibi Nurəddin Daşdəmirov hakimlər kollegiyasının sədri, Əkbər Hacıyev No-gi versiyası üzrə baş məşqçi vəzifəsinə təyin edilib. Həmçinin ciu-citsu idman növü üzrə xüsusi xidmətləri olanlara ustad Taleh Həsənov tərəfindən diplomlar və təşəkkürnamələr təqdim olunub.

Daha sonra İctimai Birliyin sədr müavinləri Anar Səfərov və Azər Beydullayev, həmçinin hakimlər kollegiyasının sədri Nurəddin Hacıyev, baş məşqçi Əkbər Hacıyev də çıxışlarında gələcək perspektivlərdən danışaraq birliyin yaranmasının daha böyük uğurlara zəmin yaradacağını vurğulayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər