Burada Sizin reklam ola bilər!

Avropa Çempionatına 3 gün qaldı

Avropa Çempionatına 3 gün qaldıFutbol üzrə Avropa Çempionatının final mərhələsinin başlanmasına 3 gün qalıb.

Avrasiya.net xəbər verir ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.

Milli komandalar aşağıdakı qruplarda mübarizə aparacaqlar:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

Azərbaycanlı futbol azarkeşlərinin diqqət mərkəzində olacaq qardaş Türki milli komandasının baş məşqçi Vinçenzo Montella turnirə 26 futbolçu ilə yollanır:

Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır

Müdafiəçilər: Mert Müldür, Zeki Çelik, Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Merih Demiral, Samet Akaydın, Ferdi Kadıoğlu

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Salih Özcan

Hücumçular: İrfan Can Kahveci, Yunus Akgün, Kenan Yıldız, Kerem Aktürkoğlu, Arda Güler, Barış Alper Yılmaz, Bertuğ Yıldırım, Cenk Tosun, Semih Kılıçsoy, Yusuf Yazıcı.

Qeyd edək ki, Türkiyə millisi Avro-2024-dəki ilk oyununu iyunun 18-də Gürcüstana qarşı keçirəcək. İyunun 22-də Portuqaliya ilə üz-üzə gələcək “ay-ulduzlular”ın qrupdakı son rəqibi Çexiya yığması (26 iyun) olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər