"Xoşuma gələn təklif olsa, dəyərləndirəcəyəm"
Dərc olunub:
31-05-2024, 13:22
Xoşuma gələn təklif olsa, dəyərləndirəcəyəm. Əks təqdirdə, "Dinamo"da qalacağam.
Avrasiya.net xəbər verir ki, bunu "Report"a açıqlamasında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun və Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib.
Hazırda yığmanın düşərgəsində təlim-məşq toplanışında iştirak edən 26 yaşlı hücumçu gələcək karyerası ilə bağlı danışıb: "Açığı, hazırda yeni klub barədə heç nə düşünmürəm. Çünki bütün diqqətimi yığmanın toplanışına yönəltmişəm. Millinin yoldaşlıq görüşlərindən sonra gələn təkliflərə baxacağam".
Qeyd edək ki, "Dinamo" klubu 82 xalla 2023/2024 mövsümünü 1-ci pillədə başa vurub.