Sizin Reklam Burada

Daha bir cüdoçumuz dünya çempionu oldu

Daha bir cüdoçumuz dünya çempionu olduAzərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Avrasiya.net xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

25 yaşlı idmançı finalda kanadalı Şeydi Əl-Nahasla üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçu dünya çempionu olub.

2015-ci ildə yeniyetmələrdən ibarət yığmamıza cəlb edilən Zelim Kotsoyev Azərbaycan cüdo məktəbinin yetirməsi hesab olunur.

Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə ilk qızıl medalı Hidayət Heydərov (73 kiloqram) qazandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər