Bakıda ay ərzində bu qədər pul xərcləyirəm - Lunyov
Dərc olunub:
29-03-2024, 10:19
"Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycanda bir ay ərzində nə qədər pul xərcləməsi ilə bağlı sualı cavablandırıb.
Avrasiya.net xəbər verir ki, qolkiper bu barədə Rusiya mediasına danışıb.
O, aylıq xərcinin 5000 avroya qədər olduğunu bildirib:
“Gəlin belə deyək, mənzil üçün 1500, maşın üçün 1000 avro lazımdır. Övladım uşaq bağçasına çox getmir. Benzin az istifadə olunur. Ayda nə qədər xərcləndiyimi dəqiq söyləmək çətindir. Hər şey birlikdə təxminən 4000-5000 avroya çatır”.
Qeyd edək ki, Andrey Lunyov ötən ilin avqustundan “Qarabağ”da çıxış edir.