Sizin Reklam Burada

Azərbaycan millisi İrəvana getməkdən imtina etdi

Azərbaycan millisi İrəvana getməkdən imtina etdiAzərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda iştirak etməyəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Apasport.az-a Azərbaycan Sambo Federasiyasının rəsmisi Yaqub Abdullayev məlumat verib.

Abdullayevin sözlərinə görə, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə arasında olan gərginlikdir: "Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə tutulan yarışlarda idmançılarımızın məruz qaldığı rəftar hər kəsə məlumdur. Bu həm motivasiya olaraq idmançılarımıza mənfi təsir edir, həm də təhlükəsizlik qayğılarını artırır. Ona görə də, federasiya olaraq qərara gəldik ki, İrəvanda təşkil olunacaq Dünya Kubokuna qatılmayaq”.

Yaqub Abdullayev əsas məqsədlərinin may ayında Serbiyada keçirilməsi nəzərdə tutulan sambo üzrə Avropa çempionatına hazırlaşmaq olduğunu bildirib:

“Qarşımızda təlim-məşq toplanışı var. Mayda keçiriləcək Avropa çempionatına qatılmaq üçün hazırlıq prosesi keçəcəyik. Hazırda komanda olaraq fikrimizi buna yönəltmişik”.

Xatırladaq ki, daha əvvəl Ermənistan Sambo Federasiyasının prezidenti Mikael Ayrapetyan Azərbaycan və Türkiyənin İrəvanda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini, bu ölkələrdən iştirak üçün hansısa müraciətin daxil olmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq sambo üzrə Dünya Kuboku aprelin 4-5-də keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər