Konfrans Liqasında 1/4 finalın püşkatması - Türklər yunanlara rəqib oldu
Dünən UEFA Konfrans Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkü atılıb.
Avrasiya.net xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də bəlli olub.
Türkiyənin “Fənərbaxça” klubu 1/4 finalda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.
1/4 final
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə)
Ətraflı
“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)
Yarımfinal
“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbaxça” cütünün qalibi
“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.