Sizin Reklam Burada

CASCFEN sədrindən Almaniyadakı türk xalqlarının diaspor təşkilatlarına müraciət

CASCFEN sədrindən Almaniyadakı türk xalqlarının diaspor təşkilatlarına müraciət
Nadir Azəri: Bu gün bütün türk dünyasının ürəyi “Qarabağ”la bir vurmalıdır

“Bu gün Azərbaycanın, o cümlədən dünyanın müxtəlif nöqtələrində yaşayan bütün azərbaycanlıların diqqəti Almaniyaya yönələcək. Çünki “Bayer 04” və “Qarabağ”
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda qarşı-qarşıya gələcəklər. Hesab edirəm ki, bu gün təkcə azərbaycanlıların deyil, ümumiyyətlə türk dünyasının diqqəti bu oyuna yönələcək. Çünki “Qarabağ” hazırda UEFA Avropa Liqasının 1/8 final mərhələsində türk dünyasının təmsil edən yeganə komandadır”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

O, qeyd edib ki, həm bu məqamı, həm də mübarizə aparan komandanın “Qarabağ” olmasını nəzərə alaraq Almaniyada yaşayan azərbaycanlılarla yanaşı digər türk xalqların nümayəndələri də bu gün öz fəallıqlarını göstərməlidirlər:

“Mən Almaniyada yaşayan türk xalqların lobbilərinə, diaspor təşkilatlarına, o cümlədən Almaniyanın qonşuluğundakı ölkələrdə yaşayan türk xalqların nümayəndələrinə müraciət edirəm. Bu gün bacardıqca həmin oyunun keçiriləcəyi meydanda “Qarabağ” azarkeşlərinin sayının çox olmasına çalışsınlar. “Qarabağ” orada da güclü azarkeş dəstəyi hiss etsin. Bir sözlə, bu gün bütün türk dünyasının ürəyi “Qarabağ”la bir vurmalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər