Sizin Reklam Burada

““Qarabağ”la görüş asan olmayacaq” - Xabi Alonso

““Qarabağ”la görüş asan olmayacaq” - Xabi Alonso““Qarabağ”la görüş bizim üçün asan olmayacaq”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer” (Leverkuzen) komandasının baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ”la keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, azarkeşlərinin qarşısında yaxşı oyun nümayiş etdirmək istədiklərini bildirib: “Futbolçularım yaxşı istirahət edib. Bu matça tam olaraq hazırıq. Sabah yüksək səviyyəli oyun sərgiləyib mərhələni adlamaq istəyirik. Qarşıdakı aylarda bizi sıx qrafik gözləyir. Üç yarışda da iddiamız davam edir. Fikrimcə, futbolçularım buna hazırdır”.

Qeyd edək ki, komandalar arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər