Sizin Reklam Burada

"Meydanı döyüşmədən tərk etmək olmaz”

"Meydanı döyüşmədən tərk etmək olmaz”"Bayer” Avropanın ən yaxşı komandalarından biridir”.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.

Turnirin qrup mərhələsində Bundesliqa təmsilçisi ilə qarşılaşdıqlarını xatırladan 52 yaşlı mütəxəssis artıq rəqibi yaxından tanıdıqlarını bildirib: “Bu cür səviyyəli komandaların Azərbaycana gəlməsi futbolumuza böyük fayda verəcək. Güclü rəqiblə düşsək də, püşkdən razıyıq. Yenidən böyük komanda ilə oynayacağıq, futbolçularım möhtəşəm futbolu, sürəti və dinamikanı hiss edəcəklər. Azarkeşlərimiz də matçdan həzz alacaqlar. Məğlub ola bilərik, amma meydanı döyüşmədən tərk etmək olmaz”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər