Sizin Reklam Burada

Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin! - Deputatdan təklif

Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin! - Deputatdan təklifMilli Məclisdə Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adının verilməsi təklif edilib.

Avrasiya.net xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Ötən gün “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi. Bu səbəblə Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi hallar müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qeyd edim ki, Q.Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik. Bu məsələ haqqında düşünə bilərik”, -deyə o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər