Sizin Reklam Burada

"Qarabağ" "Braqa"nı səfərdə məğlub etdi

"Qarabağ" "Braqa"nı səfərdə məğlub etdiUEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Braqa" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Avrasiya.net xəbər verir ki, komandalar meydan aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Baş məşqçi: Artur Jorje

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

***

"Braqa" - "Qarabağ" matçı start götürdü.

***

"Qarabağ" matçın 20-ci dəqiqəsində Marko Yankoviçin penaltidən vurduğu qolla hesabı açdı: 1-0.

***

Banza matçın 44-cü dəqiqəsində "Braqa"nın bərabərlik qolunu vurdu: 1-1.

***

Zubir görüşün 54-cü dəqiqəsində "Qarabağ"ı hesabda yenidən önə keçirdi: 1-2.

***

Juninyo 67-ci dəqiqədə "Qarabağ"ın üçüncü qolunu vurdu: 1-3.

***

Zubir 69-cu dəqiqədə dördüncü qolu "Braqa"nın qapısından keçirdi: 1-4.

***

"Braqa" matçın 91-ci dəqiqəsində penaltidən fərqi azaltdı: 2-4.

***

"Qarabağ" "Braqa"nı 4-2 hesabı ilə məğlub etdi. Bu nəticə ilə cavab matçı öncəsi böyük üstünlük qazandı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər