Ukraynalı idmançı Almaniyada öldürüldü
Dərc olunub:
12-02-2024, 16:47
Ukraynalı basketbolçu Vladimir Yermakov Almaniyada 15 yaşlı alman məktəbli tərəfindən öldürülüb.
Avrasiya.net xəbər verir ki, bu barədə "BILD" nəşri yazıb.
Məlumata görə, idmançı dostu ilə dəmiryol vağzalında avtobusdan düşən zaman yeniyetmələr onlara bıçaqla hücum edib. Polis iki şübhəli şəxsi saxlayıb. Onlardan biri həbs edilib.