Daha bir güləşçimiz Avropa çempionatını buraxacaq
Dərc olunub:
8-02-2024, 15:06
Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
130 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sabah Şəriəti yarışı buraxacaq.
Məşqçilər heyəti fevralın 12-19-da keçiriləcək qitə çempionatında bu çəkidə daha hazırlıqlı olan Beka Kandelakiyə şans verəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Hacı Əliyev və yunan-Roma güləşçisi Eldəniz Əzizlinin Avropa çempionatına qatılmayacağı bəlli olub.(AZƏRTAC)