Sizin Reklam Burada

Mbappenin “Real Madrid”dəki maaşı bəlli olub - 100 milyon avro

Mbappenin “Real Madrid”dəki maaşı bəlli olub - 100 milyon avro“PSJ” komandasının futbolçusu Kilian Mbappe “Real Madrid”də mövsümdə 60 milyon avro qazanacaq.

“Report” xəbər verir ki, bu barədə “El Debate” məlumat yayıb.

Mbappe “Real Madrid” futbol klubu ilə müqavilə imzaladığı üçün 100 milyon avro mükafat alacaq.

Futbolçu 2024-cü ilin yayında İspaniya klubuna keçəcək və müqaviləsinin müddəti 6 ildir.

Artıq Fransanın PSJ klubu komandanı tərk edəcək əsas forvardı Kilian Mbappeyə əvəzləyici də tapıb. Parislilər “Milan”ın hücumçusu Rafael Leaonu almaq istəyirlər.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqavilə müddəti 2024-cü il iyunun sonuna kimi qüvvədədir.

“Transfermarkt” portalına görə futbolçunun təxmini qiyməti 180 milyon avrodur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər