Sizin Reklam Burada

Qurban Qurbanovu millidən belə qovublar - Şok fakt

Qurban Qurbanovu millidən belə qovublar - Şok fakt“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İctimai Televiziyada yayımlanan “Bol idman” verilişinin qonağı olub.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bir çox məsələlərdən danışan mütəxəssis Azərbaycan millisindən ayrılması haqda sualı da cavablandırıb.

“Getdiyim yerdən çox danışmaq istəmirəm. Mən niyə millidən ayrıldım? Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı. Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki, birdəfəlik bilinsin, millidən mən özüm getmədim. Sadəcə ilin sonunda İcraiyyə Komitəsində bu məsələ müzakirəyə çıxarıldı. Mənsiz müzakirə aparıldı. Komitənin qaydası belədir. Müzakirədən sonra bildirildi ki, biz səninlə yolları ayırırıq. Yəni millidən getməyim bu cür oldu”, - o bildirib.

Qurbanov hazırda milli komandaya baş məşqçi axtarışında olan AFFA-nın onunla əlaqə saxlamadığını da qeyd edib:

“Yox, mənimlə heç kim əlaqə saxlamayıb. Mənə AFFA-dan heç bir təklif olunmayıb. Bunun haradan qaynaqlandığını bilmirəm. Bəlkə də siyasi gedişdir, bilmirəm. Mənim eşitdiyimə görə, millidə yerli yox, əcnəbi baş məşqçi olmalıdır. Buna görə də İşçi qrup yaradıldığı yazılır. Mənə “Sabah”la oyundan sonra sual verilmişdi ki, yeni yaradılan İşçi qrupla bağlı nə fikirləşirsiniz? Bildirdim ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni milli komanda məsələsi yenə eyni quruma aiddir. Yenə orada eyni adamlar iştirak edir. Bilmirəm, nə cür müzakirələr olunur. Yəni sonda yenə qərar verən AFFA-dır. Özləri yoluna qoyacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər