Azərbaycanın 10 ən yaxşı futbolçusu - SİYAHI
Azərbaycanda 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Avrasiya.net xəbər verir ki, qalib “Futbol+” qəzetinin yığma məşqçiləri, klub məşqçiləri, kapitanlar, mətbuat katibləri, 1-ci liqa klublarının baş məşqçiləri, futbol rəhbərliyi, mütəxəssislər, agentlər, oyunlara AFFA nümayəndəsi kimi gedən şəxslər, jurnalistlər və blogerlər arasında keçirdiyi sorğu nəticəsində seçilib.
Sorğunun nəticəsinə əsasən, Azərbaycan milli komandasının və “Qarabağ”ın 26 yaşlı müdafiəçisi Bəhlul Mustafazadə 2023-cü il üçün ölkənin ən güclü oyunçusu adını qazanıb. O, 305 səs toplayıb.
Siyahıda ilk onluq aşağıdakı kimi olub:
1. Bəhlul Mustafazadə 305 (səs)
2. Emin Mahmudov (244)
3. Elvin Cəfərquliyev (197)
4. Toral Bayramov (88)
5. Renat Dadaşov (70)
6. Musa Qurbanlı (52)
7. Ramil Şeydayev (38)
8. Aleksey İsayev (30)
9. Mahir Emreli (12)
10. Məqsəd İsayev – (8)