Sizin Reklam Burada

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Boks turniri keçirilib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Boks turniri keçirilibKarapapak Fight Club&Promotion və Musa Paşam Promotion-un birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Boks turniri keçirilmişdir.

Turnirə Karapapak Fight Club&Promotion-un prezidenti Aqil Acalovun Ulu öndərin idman siyasəti və müstəqil Azərbaycanın formalaşmasındakı rolundan bəhs edən açılış nitqi ilə start verilmişdir.

Turnirdə ümumilikdə 6 peşəkar döyüş keçirilmişdir. Rusiya, Qazaxıstan və Azərbaycan idmançıları öz güclərini sınadığı turnirin yekun nəticələri aşağıdakı kimi olmuşdur:

76 kq çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov arasında döyüşdə Elvin Qənbərov texniki nokautla qələbə qazanıb;

76 kq çəki dərəcəsində Qazaxıstan boksçusu Yerbolat Zeinolla və Azərbaycan boksçusu İlham Hüseynli arasında döyüş Qazaxıstanlı Yerbolatın xal hesabı ilə qələbəsilə;

59,8 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Ramazan Babayev və Rauf Ağayev arasında döyüş heç-heçə ilə nəticələnmişdir;

66,7 kq çəki dərəcəsində Qazaxıstan təmsilçisi Dilşat Nurum və Azərbaycanlı boksçu Ağacan Dərgahov arasında döyüş Ağacan Dərgahovun 2-ci raundda döyüşü davam etməkdən imtina etməsi və Dilşatın qələbəsi ilə nəticələnmişdir;

79 kq çəki dərəcəsində Azərbaycan idmançıları İsmət Eynullayev və Məhəmməd Quliyev arasında döyüş İsmətin xal hesabı ilə qələbəsi;

79 kq çəki dərəcəsində Rusiyanı təmsil edən Maqomed Rəsulov və Azərbaycanı təmsil edən Cabbar İsmayılov arasında döyüş - hakimlərin fərqli qərarı ilə Maqomedin xal hesabı qələbəsi ilə nəticələnmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər