Sizin Reklam Burada

“Seçilmişi seçməyə ehtiyac yoxdur!” devizi altında ümumrespublika seminarı keçirilib

“Seçilmişi seçməyə ehtiyac yoxdur!” devizi altında ümumrespublika seminarı keçirilibAzərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə qarşıdan gələn prezident seçkilərində cənab prezident İlham Əliyevi dəstəkləmək məqsədilə uşaq və yeniyetmələr arasında “Seçilmişi seçməyə ehtiyac yoxdur!” devizi altında ümumrespublika seminarı keçirilib.

Seminarda çıxış edən Azərbaycan Braziliya Ciu-citsu KİB-nin prezidenti Aqil Acalov Azərbaycanın Zəfər tarixi və bu yolda xalqımızın mübarizə əzminin əhəmiyyətindən danışmış, tarixi hadisələrin unudulmaması və təbliğ olunmasının vacibliyini vurğulayıb.

O bildirib ki, bu gün tarixi zəfərə imza atmış ölkə başçısının ətrafında sıx birləşmək və hər sahədə yeni uğurlar əldə etmək yetişməkdə olan nəslin əsas istiqamətləri olmalıdır.

Öz növbəsində İB-nin təsisçisi, Braziliya Ciu-citsu idman növünün Azərbaycanda banisi, Birinci Qarabağ müharibəsi veteranı Taleh Həsənov çıxışında dəmir yumruq ətrafında sıx birləşməyin qələbəyə gedən yolda vacibliyindən danışıb, ölkəmizin inkişafında uşaq və yeniyetmələrə olan böyük ümidlər və inam barədə fikirlərini bölüşüb.

Daha sonra İB-nin sədr müavini Anar Səfərov idmançılara uğurlar arzulayıb, yetişməkdə olan gənc nəslin onlara təqdim olunan imkanlardan mümkün qədər yararlanmaqla ən yüksək nailiyyətlər əldə etməyə çalışmalı olduqlarını, qalib Azərbaycan bayrağını ölkə hüdudlarından kənarda daim ən yüksəkdə dalğalandıracaqlarına inandıqlarını vurğulayıb.

Seminarda 100-ə yaxın uşaq və yeniyetmə iştirak edib, attestasiyadan keçərək müxtəlif idman dərəcələri alıblar.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər