"Qarabağ" tarix yazdı: Avropa Liqasının pley-offunda!
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və İsveçin "Hakken" klubunun start heyətləri açıqlanıb.
Avrasiya.net-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
"Hakken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.
***
"Qarabağ" - "Hakken" (İsveç) oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
***
Matçın 1-ci dəqiqəsində "Qarabağ" hesabı açıb.
"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.
***
Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk hissə başa çatıb.
Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.
***
"Qarabağ"ın üzvü Veşoviç rəqib oyunçuya qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.
***
"Hakken" matçın son dəqiqələrində Bədavi Hüseynovun avtoqolu ilə hesab arasındakı fərqi azaltsa da, matç 2-1 hesabı ilə təmsilçimizin xeyrinə başa çatdı. Qrupun digər matçında isə "Bayer Leverkusen" "Molde"ni 5-1 hesabı ilə məğlub etdi. Bununla da "Qarabağ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmiş oldu.