Sizin Reklam Burada

Messi 2023-cü ilin idmançısı seçildi

Messi 2023-cü ilin idmançısı seçildi“İnter Mayami” və futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi “Taym” jurnalının versiyasına əsasən, ilin idmançısı seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat jurnalın saytında yerləşdirilib.

2022-ci ilin sonunda hücumçu milli komandasına Qətərdə Dünya Kubokunu qazanmağa kömək edib və turnirin ən yaxşı oyunçusu seçilib. Bu yay Şimali Amerikanın Əsas Futbol Liqasında (MLS) "İnter Mayami" klubu ilə müqavilə bağlayıb və klubda Liqalar Kubokunu qazanıb. Bundan əlavə, 2023-cü ildə argentinalı hücumçu PSJ klubunda Fransa çempionu olub.

Messi daha əvvəl "FourFourTwo"nun versiyasına görə, XXI əsrin ən yaxşı futbolçusu seçilib. İkinci yerdə "əl-Nəsra" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.

Oktyabrın 30-da Messi futbol karyerasında səkkizinci dəfə "Qızıl top"un sahibi olub. O, daha əvvəl bu mükafatı 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə əldə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər