Sizin Reklam Burada

Voleybol üzrə Siyəzən rayon birinciliyi keçirilib

Voleybol üzrə Siyəzən rayon birinciliyi keçirilib23-24 noyabr 2023-cü il tarixlərdə şəhər 2 nömrəli tam orta məktəbin idman zalında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında voleybol idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 11 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliğ olunması, voleybol idman növünün inkişaf etdirilməsi, idmanın bu növünə marağın artırılması, gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb.

Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin oyunlarının nəticəsinə əsasən Böyük Həmyə kənd tam orta məktəbin “Qələbə” və “Zəfər” komandaları I və II yerləri bölüşüblər, Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin “Dağlılar” komandası isə III yeri tutub.

Mükafatlandırma mərasimində yer tutan komandalar kubok, medal və diplomlarla təltif olunublar.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər