Byazi AFFA-nın iclasını erkən tərk etdi
Dərc olunub:
22-11-2023, 10:55
AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etməyib.
Bununla yanaşı, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi də iclası erkən tərk edib.
67 yaşlı mütəxəssis toplantıda 10 dəqiqə iştirak edib.
Qeyd edək ki, iclasın gündəliyinə Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.