Sizin Reklam Burada

AFFA-nın baş katibi jurnalistlərdən üzr istədi

AFFA-nın baş katibi jurnalistlərdənAFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin jurnalistlər haqqında fikirlərinə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin Belçika (0:5) ilə oyunundan sonra baş verib.

Assosiasiyanın baş katibi Sərxan Hacıyev italiyalı mütəxəssisin işlətdiyi ifadələrə görə mətbuat nümayəndələrindən üzr istəyib.

67 yaşlı mütəxəssis Brüsseldəki matçdan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib:

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.

Qeyd edək ki, italyan mütəxəssis belçikalı jurnalistlər başa düşsünlər deyə, tərcüməçidən açıq şəkildə bunu tərcümə etməyi xahiş edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər