Sizin Reklam Burada

Eyni epizod rəqib qapısı qarşısında olsaydı... - Qurbanov

Eyni epizod rəqib qapısı qarşısında olsaydı... - QurbanovEyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penalti qərarı verməyəcəkdi.

Avrasiya.net xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda Almaniyanın "Bayer" klubuna 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis son dəqiqələrdə rəqibin lehinə təyin edilən penaltidən narazılığını bildirib:

“Belə epizodlarda həmişə böyük klublara simpatiya bəslənilir. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir?”

O, azarkeşlərin maraqlı görüş izlədiklərini söyləyib: “Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş dəstəyi qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm də dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən özümüzün daha diqqətli olmağımızın tərəfdarıyam. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə ərzində bu cür komandanı, güclü futbolçuları canlı izlədilər. Belə matçlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir”.

O, Leverkuzendəki 1:5 hesablı məğlubiyyətdən sonra yaxşı toparlandıqlarını deyib:

“Böyükhesablı məğlubiyyət mən də daxil olmaqla, futbolçulara pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirik. Rəqibi analiz edərkən futbolçular çox diqqətli oldular, meydanda da intizamlı oynadılar, səbirli oldular".

Q.Qurbanov müdafiə xəttində dəyişikliyi məcburiyyətdən etdiyini söyləyib. “Müdafiədə nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə ilk “onbirlik”lə hazırlaşırıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin Cəfərquliyev də çox yorulmuşdu. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Cəfərquliyev və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı”, - deyə o vurğulayıb.

Təcrübəli mütəxəssis penaltiyə görə kapitan Maksim Medvedevə iradının olmadığını bildirib: “Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər oyunlarda belə penaltilər olub ki. Dünən “Mançester Yunayted”in matçında ikinci qolda həm qırmızı vərəqə, həm də penalti verdilər. Belə penalti vermək sadəlövhlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur”.

Onun sözlərinə görə, qapıçı Andrey Lunyovun zədəsi ciddidir: “Dizində ciddi ağrı var. Bəlkə də yenidir. Çox ciddi zərbə olmuşdu. Sabah daha dəqiq məlumat verə bilərik”.

Baş məşqçi çempionat matçlarında da dolu tribunalar önündə çıxış etmək arzusunda olduqlarını sözlərinə əlavə edib. “Çempionatımızda da bu qədər azarkeşin olmasını istəyərdik. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Oyunu azarkeşlər üçün oynayırıq.

Daha çox insanı stadiona cəlb etməyi, futbolu onlara sevdirməyi düşünməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, bir sözlə, hamımız futbolu ölkəmizdə sevdirməliyik”, - deyə Q.Qurbanov söyləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər