Sizin Reklam Burada

“Qarabağ” bu gün “Bayer”i qəbul edəcək

“Qarabağ” bu gün “Bayer”i qəbul edəcəkUEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına çıxacaq.

H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər.

Hazırda “Bayer” 9 xalla qrupa liderlik edir, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qrupun digər görüşündə “Hekken”lə (İsveç) “Molde” (Norveç) birincilərin meydanında üz-üzə gələcəklər.

UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya)
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər