Sizin Reklam Burada

"Zəfər" kubokuna yekun vurulub

"Zəfər" kubokuna yekun vurulub8 Noyabr – Zəfər Gününə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında mini-futbol üzrə "Zəfər" kubokuna yekun vurulub.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 16-20 oktyabr tarixlərdə şəhər stadionunda keçirilən yarışda rayon ümumtəhsil məktəblərinin 10 komandası iştirak edib.

Yarış yeniyetmələrin vətənpərvərlik hisslərinin yüksəldilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliğ olunması, futbol idman növünə yeniyetmələrin marağının artırılması, idmanın bu növünün Siyəzən rayonunda inkişaf etdirilməsi, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, eləcə də asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi daşıyıb.

5 gün davam edən birincilikdə şəhər 4 saylı tam orta məktəbin komandası I, şəhər 2 saylı tam orta məktəbin komandası II, şəhər 1 saylı tam orta məktəbin komandası isə III olub.

Mükafatlandırma mərasimində yer tutan komandaların üzvləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları təltif ediliblər.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər