İtkin futbolçunun meyiti tapılıb
Dərc olunub:
16-10-2023, 18:24
İspaniyanın "Kordoba" klubunun itkin düşən 18 yaşlı futbolçusu Alvaro Prietonun cəsədi tapılıb.
Modern.az xarici KMİV-ə istyinadən xəbər verir ki, cəsədin Sevilyadakı Santa Justa stansiyasında körpünün altında dayanmış 2 vaqon arasında tapıldığı bildirilir.
Xatırladaq ki, daha əvvəl mətbuatda Prietonun sonuncu dəfə Sevilyadakı Santa Justa stansiyasında göründüyü barədə məlumat yayılmışdı.