Türkiyənin AVRO-2032-dən əldə edəcəyi gəlir açıqlanıb
Dərc olunub:
11-10-2023, 11:30
Türkiyə 2032-ci ildə keçirəcəyi futbol üzrə Avropa çempionatından 1 milyard ABŞ dollarından çox gəlir əldə edəcək.
"NTV Spor" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.
62 yaşlı funksioner AVRO-2032-yə görə ölkəyə 2 milyondan çox turistin də səyahət edəcəyini vurğulayıb.
Qeyd edək ki, AVRO-2032-yə Türkiyə ilə yanaşı, İtaliyada da evsahibliyi edəcək.