"Qarabağ"ın prezidenti qələbədən danışdı

"Qarabağ"ın prezidenti qələbədən danışdıBu gün yaxşı oyun nümayiş etdirdik. Bu qələbə bizə lazım idi.

Avrasiya.net xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Bakıda Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Klubun prezidenti rəqib komandanın qapıçısının yaxşı oynadığını qeyd edib: “Bu münasibətlə onu təbrik edirəm. Çox yaxşı performans göstərdi. Lakin biz hər bir halda qələbə qazandıq”.

Tahir Gözəl komandanın sabiq qapıçısı Şahruddin Məmmədəliyevin gedişindən danışıb: “Andre Lunyovun oyunundan razı qaldım. Amma Şahruddində bizim üçün özəl insan idi, onun özünəməxsus dəst-xəti var idi”.

O, Türkiyə təmsilçisi olan “Qalatasaray” klubu ilə “Qarabağ” komandası arasında rəsmi görüşün keçirilməsini istədiyini bildirib: “Onlarla qeyri-rəsmi matçda oynamışıq. Amma həmin qarşılaşmada tam güc sərf etmədik. Fikrimcə, “Qalatasaray” kimi möhtəşəm klubla görüşə tamamilə hazırıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər