Sizin Reklam Burada

Ərdoğanın Putindən istədiyi futbolçu kimdir?

Ərdoğanın Putindən istədiyi futbolçu kimdir?Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğanla Putinin görüşü başa çatdıqdan sonra Putin Ərdoğanı qapıya qədər müşayiət edib.

Vida anında Ərdoğan Putindən "Sparta Praqa"dakı futbolçu ilə maraqlanıb. Putin isə cavabında "Biz bununla məşğul olacağıq, danışarıq, əlaqə saxlayarıq", - deyib.

Futbolçunun kimliyi maraq doğurub. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, ehtimal olunur ki, söhbət "Sparta Praqa"da çıxış edən türk əsilli Finlandiya millisinin oyunçusu Kaan Kairinen gedir.

Qeyd edək ki, finlandiyalı yarımmüdafiəçi 15 yaşında bu ölkənin "İnter Turku" klubunda debüt edib. Keçmişdə o, həmçinin "Midtjylland" (Danimarka), "Skive IK" (Danimarka) və Finlandiyanın ən uğurlu klubu "HJK Helsinki"də də oynayıb. Kaan bütün gənclərdən ibarət milli komanda kateqoriyalarından çıxış edib.

O, U21 komandası ilə 19 oyun keçirib və 4 qol vurub. Daha sonra 2019-cu ilin yanvarında İsveçlə yoldaşlıq oyununda əsas komandada debüt edib. O, sonuncu dəfə Norveçin "Lillestrom" klubunun formasını geyinib. Kaan, 22 liqa oyununda bir qol vurub və üç məhsuldar ötürmə edib. Türkiyə əsilli futbolçu 2022/23 mövsümünün ortalarından "Sparta Praqa"ya keçib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər