Sizin Reklam Burada

AVRO-2024 üçün millimizin heyəti açıqlandı

AVRO-2024 üçün millimizin heyəti açıqlandıAVRO-2024-ün seçmə mərhələsində Belçika, yoldaşlıq oyununda isə İordaniya ilə üz-üzə gələcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Avrasiya.net AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi beynəlxalq matçlar üçün 26 oyunçuya dəvət göndərib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq futbolçunun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Səlahət Ağayev (“Səbail”)

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqverdi (“Neftçi”), Yusif Nəbiyev (“Səbail”), Elvin Bədəlov (“Sumqayıt”), Qismət Alıyev (“Zirə”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Emin Mahmudov, Filip Ozobiç (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Rüstəm Əhmədzadə (“Zirə”), Coşqun Diniyev (“Ümraniyespor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland)

Hücumçular: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə).

Qeyd edək ki, yığmamız sentyabrın 9-da Belçikanı, 12-də isə İordaniyanı qəbul edəcək. Hər iki görüş “Dalğa Arena”da keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər