Sizin Reklam Burada

"Qarabağ" qrup mərhələsinə vəsiqə qazandı

"Qarabağ" qrup mərhələsinə vəsiqə qazandıBakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Sloveniya "Olimpiya"sının start heyəti bəlli olub.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

"Olimpiya": 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.

Baş məşqçi: Joao Enrike.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan təmsilçisi ilk görüşdə iki cavabsız qolla qalib gəlib.

***

"Qarabağ" və "Olimpiya" matçı start götürüb.

***

Matçın 24-cü dəqiqəsində Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov penaltini dəqiq yerinə yetirib.

***

Qonaq komanda 36-cı dəqiqədə hesabı bərabərləşdirib.

Rəqibin oyunçusu Dioqo Pinto fərqlənib.

***

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisnin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlarda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər