Sizin Reklam Burada

İran FİFA-nı aldadır, buna icazə verməyib - Ataxan

İran FİFA-nı aldadır, buna icazə verməyib - Ataxanİranlı xanımların stadionlara giriş etməsinə, azarkeş olaraq futbol izləməsinə icazə verilməyib. Xanımlar gedib kassadan bilet ala bilməzlər. Bununla bağlı hələ də izn yoxdur. Yayılan məlumatlar rejimin növbəti yalanıdır.

Bu sözləri Axar.az-a Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan deyib.

İranın növbəti sanksiyalardan qorxduğu üçün belə bir görüntü yaratdığını deyən sədr, əslində, məsələnin mahiyyətinin təqdim edildiyi kimi olmadığını bildirib:

“FİFA qadınların stadiona buraxılmaması ilə bağlı dəfələrlə Tehrana xəbərdarlıq etmişdi. Əməl olunmazsa, İrana sanksiya tətbiq ediləcəyini, futbol ilə bağlı yarışlara qatılmasında məhdudlaşdırıcı tədbirlər görüləcəyini bildirmişdi. İran bunu çox da ciddiyə almırdı. Lakin keçən il söhbət gəzdi ki, İran FİFA-dan və beynəlxalq yarışlardan qovula bilər. Ötən ay FİFA bir daha İrana ciddi şəkildə xəbərdarlıq edərək, ETTELAAT-ı və SEPAH-ı qadınların hüquqlarını pozmaqda suçladı. Bu qurumlar qadınların azadlıqlarının düşməni olaraq qələmə verildi. Hökumət FİFA-nın hədələrindən qurtulmaq üçün bəlli sayda xanımların stadionlarda iştirakını təmin etdi. Bu xanımlar futbol klublarında çalışan əməkdaşlar idi, haradasa 100-150 nəfər olardılar. Hətta onları Təbriz və İsfahandakı oyunları izləmək üçün bəlli bir nöqtədən avtobuslara mindirib, nəzarət altında aparıb-gətirmişdilər. Bunu icazə hesab etmirəm, FİFA-nın təzyiqləri nəticəsində olduğunu düşünürəm. Çünki kütləvi deyil və bütün qadınlara şamil olunmur”.

Onun sözlərinə görə, İran rejimi qaydaları gündən-günə daha da çətinləşdirir:

“Azərbaycanlı xanımların az da olsa, orada iştirakı bizi sevindirir. İllərdir ki, fars rejimi birinci zərbəni bizim xanımlara vurub. İstəyimiz daha çoxdur. Tələbimiz budur ki, xanımlarımız futbolun bütün sahələrində, klubların idarə heyətlərində rəhbər vəzifələrdə təmsil olunsun. Lakin mövcud rejimlə bu mümkün deyil. Çünki onların idelogiyasının əsası qadınların sıxışdırılması və millətlərarası düşmənçilikdən qidalanır. Odur ki, bu iznin davamlı olacağını hesab etmirəm. Rejim qadın azadlığı məsələsi ilə barışmayacaq. Get-gedə daha da qaydaları sərtləşdirir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər